“Ermənistanın atəşkəs rejimini pozması, Azərbaycanı məcbur edir ki, adekvat tədbirlər görsün” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənistan artıq 3-cü dəfədir ki, beynəlxalq birliyinin çağırışlarından sonra əldə olunan humanitar atəşkəs rejimini pozur. Rəsmi məlumata görə, bu gün saat 08:00-da qüvvəyə minmiş atəşkəs rejimi cəmi 5 dəqiqə sonra Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonu Səfiyan kəndindəki bölmələrini atəşə tutub. Həmçinin düşmən səhər saatlarından başlayaraq mülki əhalinin yaşadığı əraziləri bombalamağa başlayıb. Atəşkəs qüvvəyə mindikdən sonra Azərbaycanın səkkiz şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Ermənistan hərbi-siyasi rəhbərliyi isə dünya birliyini aldatmaqda davam edir. Nikol Paşinyan yalvararaq atəşkəs əldə edir, sonra onu pozmaq üçün hər vasitəyə əl atır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ermənistanın 3-cü dəfə humanitar atəşkəs rejimini pozması barədə danışarkən deyib.

Ramin Əhmədov qeyd edib ki, Ermənistan rəhbərliyinin humanitar atəşkəs rejimini pozmaqda əsas məqsədi itirilmiş mövqelərini bərpa etməkdir: “Ermənistan hər atəşkəs dövründə itirilmiş mövqeləri ələ keçirməyə cəhd göstərsə də, Azərbaycan Ordusunun müqaviməti qarşısında geri çəkilməyə məcbur olub. Azərbaycan Ordusu Ermənistanın bütün hücumlarının qarşısını qətiyyətlə alacaq və azad etdiyi heç bir mövqedən geri çəkilməyəcək. Rəsmi İrəvan 3-cü dəfə humanitar atəşkəs rejimi pozmzaqla Azərbaycanı adekvat tədbirlər görməyə məcbur edir. Yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-isyasi rəhbərliyinin üzərinə düşür”.

YAP rəsmisi Azərbaycanın beynəlxalq hüquqla tənzimlənən özünümüdafiə hüququndan istifadə etdiyini qeyd edib: “Ona görə də hamını aldatmağa açılşan Paşinyan anlamalıdır ki, belə pozucu addımları ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə danışıqlar yolu ilə nail ola bilməyəcək. Ermənistan sülh istəmir və atəşkəsin davamlı olmasında niyyətli deyil. Rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyi müharibənin onlar üçün hansı dağıdıcı nəticələrlə yekunlaşacağı barədə bir daha düşünməli və qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmalıdırlar”. 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR