Agsaqqallar.az saytının baş redaktoru cəbhə xəttində

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son zamanlar hamının diqqəti cəbhə xəttindədi. Hər kəs qələbə müjdəsinin gələcəyi anı səbirsizliklə gözləyir.

Cəbhə zonasında ezamiyyətdə olan Agsaqqallar.Az saytının baş redaktoru Şərafət Şəfa yerli sakinlərlə görüşüb. Yerli sakinlərlə və rayon ağsaqqalları ilə söhbət aparan baş redaktor məlumat verir ki, cəbhəyanı bölgələrimizdə yüksək vətənpərvərlik əhval ruhiyyəsi müşahidə olunur. Eyni zamanda sakinlər hər zaman ordumuzun yanında olduqlarını və  Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni qələbələr qazanacağına tam əmin olduqlarını bildiriblər.

“Azərbaycanda hər kəs səfərbərdi. Valideynlər, ahıllar, keçmiş döyüşçülər də lazım gələrsə son anadək vuruşmağa hazır olduqlarını bildirirlər! Hamı sevinclə qələbə xəbərini gözləyir. O gün uzaqda deyil! Biz, bütün xalq buna inanır, ordumuza güvənir, Ali Baş Komandanımıza olan böyük sevgi və ümidlə o anı gözləyirik!

Qarabağ bizimdir, bizim olacaq!”-deyə Şərafət Şəfa bildirmişdir.

Xətai,

agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR