Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı – RƏSMİ
Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu 14,3 faizlə ilk yerdədir.
Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,2%-i Xətai, 11,8%-i Yasamal, 11,6%-i isə Sabunçu rayonun payına düşür.
Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,9 faizi Nəsimi rayonunda, 8,4%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,6%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,7%-i Səbail rayonunda yaşayanlardır.
Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.