Azərbaycanda 114 nəfərdə koronavirusa yoluxma qeydə alındı, iki nəfər öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6921, ötən müddət ərzində isə ümumilikdə 1 020 029 test aparılıb.