Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı – RƏSMİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 14,3 faizi bu rayonda yaşayır.
Növbəti sıralarda yoluxma sayına görə Xətai (12,2%), Yasamal (11,8%) və Sabunçu (11,7%) rayonları yer alır.
Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 9 faizi Nəsimi rayonunda, 8,4%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,6%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,6%-i Səbail rayonunda yaşayanlardır.
Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR