Prezidentdən daşınar əmlakın yüklülüyü barədə FƏRMAN – Məbləğlər azaldıldı
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği aşağı salınıb.
Bununla bağlı Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edib.
Fərmanla yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 10 manatdan 6 manata endirilib.
Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün məbləğ 6 manatdan 2 manata, axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənən hesabatın verilməsi üçün məbləğ isə 6 manatdan bir manata endirilib.
Oxşar Xəbərlər
- “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
- Hikmət Hacıyev: “Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik”
- Regionlarda erkən və qohum nikahlarla mübarizə mövzusunda gənclər üçün seminarlar keçirildi