Zakir Həsənov Moskvadadır
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın paytaxtı Moskvaya səfər edib.
Səfərin məqsədi MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir.
Bununla yanaşı, sentyabrın 5-də Z. Həsənov “Tank Biatlonu” Ordu İdman Oyunlarının final mərhələsini izləyəcək.
Qeyd edək ki, iclas Moskvada “Patriot” konqres mərkəzində baş tutacaq. Həmin gün, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə nazirləri Şurasının iclasının keçiriləcəyi bildirilib.
Oxşar Xəbərlər
- YAP, TAİB və UFAZ-ın birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində konfrans keçirilib – VİDEO
- Milli və Vətən Müharibəsi qəhrəmanları adından da AŞPA-ya etiraz edildi – Bəyanat
- Türk Ağsaqqalları Birliyi – TAİB-in üzvləri Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyevin məzarını ziyarət ediblər