Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı – postlar quruldu
Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər davam etdirilir.
Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.
Oxşar Xəbərlər
- TAİB-in İdarə Heyətinin üzvü, tanınmış türk yazarı Şemsettin Kuzeçi Dünya Teatr Günü münasibətilə TRT kanalına müsahibə verib
- Azərbaycanın ən gənc Milli Qəhrəmanı -Fotolar
- Xalqımızı qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edir, xalqımıza rifah, dövlətimizə əmin-amanlıq arzulayıram-Fəttah Heydərov