Daha bir xəstəxana koronavirus xəstələri üçün ayrıldı – RƏSMİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son günlər ərzində koronavirus pandemiyasıyla mübarizəni gücləndirmək və bu virusa yoluxan xəstələrin müalicəsi prosesini sürətləndirmək üçün Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxanalar koronavirus xəstələri üçün ayrılıb.

Bu xəstəxanalardan biri də Zərdab Rayon Mərkəzi Xəstəxanasıdır.

Bu haqda  Zərdab rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov məlumat verib.

“Həftənin 1-ci günündən etibarən, Zərdabın xəstəxanası karantin rejimli xəstəxanaya çevriləcək. Orada infeksion şöbənin nəzarəti altında xəstəxana koronavirus virusuna yoluxmuş xəstələrin istifadəsinə veriləcək”, – deyə V. Məmmədov bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR