Uğurlu Azərbaycan modeli, İlham Əliyev nümunəsi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Koronovirus pandeamiyası bütün dünyanın üzləşdiyi qlobal bəlaya çevrilib. Bəşəriyyəti açıq təhdid edən bu kütləvi xəstəliyə qarşı mübarizədə hələ də dünyanın ən inkişaf etmiş ölkələri, həmçinin dünya elmi, səhiyyəsi acizdir. Bu ümumdünya fəsadına qarşı ən səmərəli tədbirlər isə şübhəsiz ki, qabaqlayıcı addımların atılması, risqlərin əvvədcədən düzgün müəyyənləşdirilərək vaxtında aradan qaldırılması, ən əsası isə ciddi sosial problemlərlə üzləşən insanların rifahını təmin edəcək qərarların qəbuludur.

Bu baxımdan Azərbaycan dövlətinin pandeamiyaya qarşı mübarizədə nümayiş etdirdiyi strateji mövqe, Prezident İlham Əliyevin isə liderlik əzmkarlığı dünyada ən yaxşı nümunələrdən biri kimi qəbul edilir. Bir məqamı da vurğulayım ki, bu həqiqəti etiraf edənlərin sırasında nüfuzlu beynəlxalq təşkilatlar, xarici ekspertlər daha çox üstünlük təşkil edir.

Azərbaycan Prezidenti Qarabağ bölgəsini əhatə edən rayonlara son səfərində keçirdiyi görüşlərdə, etdiyi çıxışlarda bu proseslərə tam aydınlıq gətirdi.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində həmişəki kimi yenə də vətəndaşlarımız və onların sağlamlığı dayanır. Ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər məqsədyönlüdür, səmərəlidir və vaxtında atılmış cəsarətli addımlar sayəsində hakimiyyət insanların həyatını qorumaq üçün hətta dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmayan iqtisadi itkilərə getdi. Prezident iqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizlərin, aztəminatlı insanların rifahını qorumaq üçün 3,5 milyard manatdan çox vəsait ayırıb. Azərbaycanda bu müddətdə heç bir sosial layihə ixtisara salınmadı.

İlham Əliyevin liderliyində Azərbaycan bütün dünya üçün belə çətin və önəmli vaxtda təəssübkeşlik örnəyi göstərdi və çox mühüm əməkdaşlıq formatı yaratdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı ilə zirvə görüşləri uğurla keçdi. Bir məqamı da vurğulayım ki, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan isə nəinki onların arasında deyil, hətta respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində ianə ayıran birinci ölkələrdən oldu. Həmçinin dövlətimiz artıq 30 ölkəyə humanitar dəstək verib.

Prezident İlham Əliyevin antiazərbaycançı şəbəkəninin son dövrlərdəki bədnam fəaliyyəti, həmçinin AŞPA-nın bu proseslərdə oynadığı mənfi rol barədə mülahizələri də obyektiv olduğu qədər də insanlarımızda real təəssürat yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

Digər tərəfdən Prezidentin Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətinin ifşa olunması, münaqişənin həlli prosesində tarixi həqiqət, siyasi, hüquqi, iqtisadi, hərbi üstünlük, beynəlxalq dəstək kimi faktorlar haqqında açıqlamaları çox önəmlidir. Həqiqətən də  siyasi və hüquqi baxımdan Azərbaycanın mövqeyi mükəmməl, Ermənistanın mövqeyi isə qüsurludur. Azərbaycan iqtisadi, hərbi sahədə Ermənistandan qat-qat güclüdür. Azərbaycan Ordusunun gücünün mənbəyi xalqdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur.

Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Dağlıq         Qarabağdakı “seçki” şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Həqiqətən də Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər.

İndiki Ermənistan Respublikasının ərazisinin qədim Azərbaycan torpağı olması barədə həqiqətləri bir daha gündəmə gətirən Prezidentin «İrəvan qədim Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Bunu unutmaq və bağışlamaq da olmaz» bəyanatı hücumçü diplomatiyamızın hesab edirəm ki, prioritet istiqamətlərindən birinə çevrilməlidir.

Azərbaycan Prezidentinin fəaliyyətinə verilən ən yüksək qiymət vətəndaşların münasibətidir. Ölkə ictimaiyyətinin dövlət başçısına ünvandıqları müraciətlərin səmimi abu-havası bir daha sübut edir ki,  xalq öz liderindən tam razıdır və onun siyasətini birmənalı dəstəkləyir. Bütün xalqımız, o cümlədən ölkə ağsaqqalları da dövlət başçısının bütün çağırışlarını bəyənir, onun fəaliyyətinə tam etimad bəsləyir.

 

Fəttah HEYDƏROV,

Milli Məclisin komissiya sədri,

Respublika Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR