Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır – RƏSMİ AÇIQLAMA
“Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Yoluxmanın əsas səbəbi vətəndaşların karantin rejiminə əməl etməməsidir. Yolxumanın dərəcəsi ilə bağlı sağalanlar arasında fərq müşahidə olunur.
Karantin rejiminin yumşaldılmasının dayandırılması aktuallaşıb. Müxtəlif variantlar müzakirə olunub. Məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər”, – deyə İ.Məmmədov bildirib.