8 Noyabr Azərbaycanın Zəfər Günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr Zəfər Günü, xalqımızın milli birliyinin və gücünün rəmzi olan şanlı qələbəni əks etdirir. Bu gün, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin, yəni Vətən müharibəsinin yekun qələbəsi ilə, Azərbaycan Ordusu və xalqının işğal altında olan torpaqlarımızı azad etməsi ilə tarixə həkk olundu. Zəfər Günü, Azərbaycanın yaxın tarixində ən önəmli hadisələrdən biri olmaqla yanaşı, xalqımızın milli birliyinin, qətiyyətinin və ədalət uğrunda mübarizəsinin simvolu kimi qeyd olunur. İkinci Qarabağ müharibəsi təkcə hərbi zəfərlə deyil, Azərbaycan xalqının əzmi, həmrəyliyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə dünya ictimaiyyətinə ədalətin qələbəsi kimi çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 4 il əvvəl əks-sədaları hələ də davam edən qəhrəmanlıq dastanı yazaraq ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı və işğal altında olan torpaqlarımızı azad edərək böyük zəfərə imza atmışdır. Əsir ehtirasları, imperialist istəkləri, düşmən istilası, qlobal blokada xalqımızın qüsursuz imanlı, inaclı və sədaqətli mübarizəsi ilə həm qırıldı, həm də dəf edildi. 8 noyabr – Zəfər Günü Vətənimizin üzərinə qara buludları dağıdan, gələcəyimizin qarşısındakı qalın divarları dağıdan milli diriliş kimi milli vicdanlarda öz yerini tutmuşdur. Azərbaycanımızın quruluş şifrələri , qurucu fəlsəfəsinin əsaslandığı əsas mənəvi və motivasiya qaynaqları 8 noyabr – Zəfər Gününün ruhunda öz həqiqi məna və məzmununu tapdı. Müstəqilliyimizə ,istiqlalalımıza , istiqbalımıza böhtan atmağa, nüfuzumuzu ləkələməyə cəsarət edən daxili və xarici qara dairələr 8 noyabr -da ölkəmizdən qovuldu və layiq olduqları aqibəti yaşadılar. Millətimizin mübarək varlığına qandal vurmaq üçün bir-biri ilə yarışan düşmənçilik ittifaqı meydanlarda haqq etdiyi acı dərsi aldı. Nəhayət, qazanan əziz xalqımız, milli ürəklər olmuşdur.
Azərbaycan xalqı, işğal altında olan torpaqların geri qaytarılması üçün hər zaman mənəvi olaraq hazır idi. 30 il boyunca davam edən Ermənistan işğalı dövründə Azərbaycan dövləti həm ordusunu, həm də iqtisadiyyatını gücləndirdi. Silahlı Qüvvələrin modernizasiyası və müasir texnologiyalarla təchiz edilməsi Zəfərin əsasını təşkil etdi. Bu hazırlıq Azərbaycan Ordusunun dünyada ən güclü ordular sırasında yer tutmasına səbəb oldu. Qələbənin əsasını qoyan faktorlardan biri də xalqın ordusuna olan dəstəyi idi. Xalqla ordunun birliyi, əsgər və zabitlərin öz torpaqları uğrunda fədakarlıqla mübarizə aparması böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə Azərbaycanın haqq səsini daima müdafiə etdi və Qarabağın işğaldan azad edilməsi üçün hüquqi zəmin yaratdı. Müharibə zamanı Azərbaycanın beynəlxalq səviyyədə həm siyasi, həm də hüquqi üstünlüyünü qoruyub saxlaması diplomatik zəfər hesab olunur. Prezidentin xarici ölkələrlə qurduğu əlaqələr, xüsusən də Türkiyə ilə möhkəm strateji müttəfiqlik bu qələbənin daha da əhatəli olmasına səbəb oldu.
Müharibədən əvvəl və sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə çıxışları, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm rol oynadı. Azərbaycan uzun illər ərzində işğala məruz qalmış əraziləri üçün beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurasında haqlı mövqeyini müdafiə etdi. 2020-ci ildə isə Azərbaycanın diplomatik səyləri nəticəsində hərbi əməliyyatlar beynəlxalq hüquq çərçivəsində qanuni əsasda həyata keçirildi.
2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi hərbi əməliyyatların yüksək səviyyədə təşkil edildiyi və peşəkarlıqla aparıldığı bir dövr kimi yadda qaldı. Azərbaycan Silahlı Qüvvələri müasir döyüş taktikalarından istifadə edərək qısa müddətdə böyük uğurlar əldə etdi. Xüsusilə də, pilotsuz uçuş aparatlarının (PUA) geniş miqyasda istifadəsi düşmənin silah-sursatının və texnikasının məhv edilməsində əsas amillərdən oldu. Tərtib olunmuş döyüş planları, sürətli hərbi əməliyyatlar sayəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi strateji şəhərlər işğaldan azad edildi.
44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib .
Ən böyük strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin həlledici mərhələsi oldu. Şuşa, Azərbaycanın mədəniyyət beşiyi sayıldığı üçün həm mənəvi, həm də hərbi baxımdan böyük önəm kəsb edirdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, Şuşanın azad edilməsi Azərbaycanın tarixi ədalətinin və milli birliyinin zirvəsi idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan bu möhtəşəm Zəfər, xalqın öz lideri ətrafında sıx birləşməsi, milli birliyin və xalq-dövlət tandeminin gücü sayəsində mümkün oldu. Qələbə, Azərbaycanın iqtisadi və hərbi gücünün, diplomatik sahədəki üstünlüyünün və milli ruhun birləşdiyi andır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqı və ordunu motivasiya edən liderliyi, müharibə zamanı və onun öncəsində əldə olunan diplomatik uğurlarla yanaşı, iqtisadi müstəqilliyin gücləndirilməsi ilə bağlı gördüyü işlər qələbənin bünövrəsini təşkil etdi. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı xalqın qəlbində əbədi yer tapdı və bu şüarın reallığa çevrilməsi hər bir azərbaycanlının arzusuna çevrildi.
Liderin strateji düşüncəsi və müdrikliyi sayəsində müharibə boyunca beynəlxalq müstəvidə Azərbaycana qarşı irəli sürülən təzyiqlərdən ustalıqla yan keçildi. Münaqişənin həlli ilə bağlı aparılan uzun illər sürən danışıqlar nəticəsiz qalsa da, Azərbaycan xalqı və onun rəhbəri müharibəyə mənəvi hazır idi və torpaqların azad olunacağına əmin idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çətinliklərə baxmayaraq, qətiyyətlə və ədalətlə xalqını qələbəyə apardı.
44 günlük müharibə dövründə xalqla ordu arasında yaranan möhkəm birlik Azərbaycanın qələbəsində mühüm rol oynadı. Müharibə dövründə hər kəsin ürəyi cəbhədə döyünürdü, insanlar könüllü olaraq ordunu dəstəkləyir, maddi və mənəvi yardımlarını əsirgəmirdilər. Qəhrəman Azərbaycan əsgəri və zabitləri torpaqların hər qarışı uğrunda misilsiz cəsarət göstərərək canlarını fəda etdilər. Xalqın orduya, ordu rəhbərliyinə və öz liderinə inamı tam idi.
Bu birlik Qarabağ torpaqlarında əzəli Azərbaycan ruhunun və milli kimliyin bərpasını təmin etdi. Vətəndaşlarımız bir nəfər kimi cəbhə xətindəki əsgərlərə arxa-dayaq oldu, Azərbaycanın güclü iqtisadi və sosial stabilliyi ordunun lazımi dəstək almasına imkan yaratdı. Bu möhkəm bağlılıq qələbənin təməlini qoydu.
Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həm dövlət, həm də ictimai səviyyədə mühüm təşəbbüslərə imza atdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müharibə dövründə xalqın həmrəyliyini daha da gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirdi. O, vətənpərvərlik ruhunun yüksəldilməsində, xüsusən də xalqın əsgər və zabitlərə göstərdiyi mənəvi və maddi dəstəyin təşkilində əvəzsiz rol oynadı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müharibə dövründə şəhid ailələrinə, yaralı əsgərlərə və müharibə veteranlarına geniş miqyasda yardım kampaniyaları təşkil etdi. Xüsusilə də, şəhid və qazilərin ailələrinə göstərilən dəstək cəmiyyət tərəfindən yüksək qiymətləndirildi.
Zəfər, təkcə hərbi güclə deyil, eyni zamanda diplomatik meydanda qazanılan böyük nailiyyət oldu. Uzun illər beynəlxalq arenada ədalətsiz vəziyyətdə olan Azərbaycan, beynəlxalq hüququn və ədalətin bərpa edilməsini təmin etdi. Qarabağın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, BMT-nin qətnamələrinin yerinə yetirilməsi demək idi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb oldu .
Türkiyə başda olmaqla qardaş və dost dövlətlər Azərbaycanın yanında duraraq bu müharibədə ona dəstək göstərdilər. Bu dəstək həm mənəvi, həm də strateji baxımdan böyük önəm daşıyırdı. Xüsusilə də, Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyətləri münaqişənin həllində mühüm rol oynadı.
Müharibədən sonra regionda sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açıldı. Ermənistanın məğlubiyyəti ilə birlikdə Cənubi Qafqazda yeni reallıqlar yarandı və bu reallıqlar Azərbaycan liderliyi altında davam edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri regionun geosiyasi və iqtisadi xəritəsini dəyişir. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi təmin olunacaq, eyni zamanda regional və beynəlxalq nəqliyyat marşrutları genişlənəcək.
8 Noyabr Zəfəri təkcə torpaqların azad edilməsi ilə məhdudlaşmır. Bu, həm də tarixi ədalətin bərpası, xalqın öz köklərinə qayıdışı və milli suverenliyin gücləndirilməsi deməkdir. Müharibədən sonra Azərbaycanın əsas hədəflərindən biri azad edilmiş ərazilərin bərpası və yenidən qurulması oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Qarabağın yenidən qurulması üçün geniş miqyaslı layihələrə start verildi.
Müharibədən sonra Azərbaycan Qarabağ və ətraf rayonların bərpası üçün geniş miqyaslı yenidənqurma işlərinə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad olunmuş ərazilərdə infrastruktur layihələri, yolların, hava limanlarının tikintisi sürətlə həyata keçirilir. Qarabağın yenidən qurulması prosesi Azərbaycanın iqtisadi və texnoloji gücünü nümayiş etdirir.
İşğaldan azad olunmuş şəhər və kəndlərimizdə bərpa işləri sürətlə davam edir. “Böyük Qayıdış” layihəsi çərçivəsində məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün müasir infrastrukturlar qurulmaqdadır. Həmçinin, bu ərazilərdə yeni texnologiyaların tətbiqi ilə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” layihələri reallaşdırılır. Bu addımlar Azərbaycanın gələcəyə ümidlə baxmasına və daha da güclənməsinə şərait yaradır.
Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva Qarabağın bərpa prosesində fəal iştirak etdi. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondu, xüsusilə mədəni irsin bərpası sahəsində mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə tarixi abidələrin, məscidlərin və dini-mədəni obyektlərin yenidən qurulması işlərinə start verildi. Mədəniyyətimizin beşiyi sayılan Şuşada məscidlərin və mədəni abidələrin bərpası bu sahədə əsas layihələrdən biri oldu. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlər Azərbaycanın mədəniyyət və irsinin qorunmasına və təbliğinə böyük töhfələr verdi. Xüsusilə, mədəni irsin dünya ictimaiyyətinə tanıdılması istiqamətində geniş işlər görülür, Qarabağın tarixini əks etdirən müxtəlif sərgilər və tədbirlər təşkil olunur. Bu addımlar Azərbaycan xalqının milli kimliyinin bərpası və qorunmasında mühüm əhəmiyyət daşıyır.
“Smart City” və “Smart Village” layihələri çərçivəsində Qarabağda müasir texnologiyalar əsasında yeni yaşayış məntəqələri tikilir. Bu layihələr Azərbaycan xalqının azad olunmuş torpaqlara qayıdışını təmin etməklə yanaşı, bölgənin iqtisadi və sosial inkişafına da töhfə verəcək. Eyni zamanda, mədəni irsin bərpası istiqamətində də böyük işlər görülür, qədim məscidlər, abidələr və tarixi yerlər yenidən bərpa edilir.
İşğal illərində Qarabağda yalnız infrastruktur dağıdılmadı, həm də ətraf mühitə böyük zərər vuruldu. Meşələr məhv edildi, su resursları çirkləndirildi və təbii ehtiyatlar talan edildi. Qarabağın azad edilməsindən sonra Azərbaycan hökuməti bu ərazilərdə ekoloji tarazlığı bərpa etmək üçün geniş miqyaslı layihələr həyata keçirməyə başladı.
“Yaşıl enerji” layihələri və təbii resursların bərpası ilə bağlı dövlət proqramları bu regionu ekoloji cəhətdən təmiz və dayanıqlı inkişaf modeli üzrə bərpa etməyə yönəldilib. Qarabağda bərpa olunan enerji mənbələrindən istifadə edilməsi, xüsusilə də günəş və külək enerjisinin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə həm daxili, həm də xarici sərmayələr cəlb olunur və Azərbaycan, Qarabağı “yaşıl enerji” zonasına çevirməyi hədəfləyir [5].
Müharibədən sonra Qarabağ ərazilərində minatəmizləmə prosesi böyük əhəmiyyət daşıyır. Ermənistanın işğal illəri ərzində Azərbaycan torpaqlarında çox sayda mina və partlayıcı maddələr yerləşdirilmişdi ki, bu da azad olunmuş ərazilərə insanların qayıdışını çətinləşdirirdi. Müharibə başa çatdıqdan sonra Azərbaycan ANAMA (Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi) və digər beynəlxalq tərəfdaşların köməyi ilə geniş miqyaslı minatəmizləmə əməliyyatlarına start verdi.
Minatəmizləmə prosesləri həm əhalinin təhlükəsiz qayıdışını təmin etmək, həm də bu ərazilərin yenidən qurulmasını mümkün etmək üçün həyati əhəmiyyət kəsb edir. Mina xəritələrinin Ermənistandan alınması ilə bağlı Azərbaycan beynəlxalq təşkilatların vasitəçiliyi ilə bir sıra danışıqlar aparsa da, proses hələ də tam şəkildə həll olunmayıb. Bu mina xəritələrinin olmaması isə minatəmizləmə işlərini xeyli çətinləşdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədən sonra xalqa müraciəti zamanı dediyi sözlər bu zəfərin mahiyyətini mükəmməl şəkildə əks etdirir: “Biz bu qələbəni döyüş meydanında qazandıq. Bu, bizim gücümüzün, iradəmizin və milli birliyimizin təntənəsidir. Bu gün biz tarix yazdıq!”
Bu Zəfər, Azərbaycanın dünyada ədalətin bərpasında, milli birliyinin gücündə və gələcəyə inamında bir nümunədir. II Qarabağ müharibəsi zamanı əldə olunan qələbə, Azərbaycan xalqının iradəsinin, milli ruhunun və Prezident-Xalq birliyinin ən parlaq təzahürüdür.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regiondakı rolu daha da möhkəmləndi. Xüsusilə enerji siyasəti sahəsində Azərbaycan dünyanın əsas təbii qaz təchizatçılarından birinə çevrildi. Qarabağın azad olunması və regionun bərpası ilə Azərbaycanın geosiyasi əhəmiyyəti artdı. Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməsi, ölkəni strateji nəqliyyat və logistika mərkəzi kimi təqdim edir.
Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropa enerji bazarına qaz təchizatı ilə bağlı layihələri, ölkənin beynəlxalq iqtisadi və enerji siyasətində mühüm addımlar oldu. Azərbaycanın stabil iqtisadiyyatı və strateji resursları regionda əsas oyunçulardan biri olaraq mövqeyini möhkəmləndirdi.
Zəfər Gününün qeyd edilməsində Türkiyənin rolu xüsusi vurğulanmalıdır. Müharibə dövründə və sonrasında Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi olaraq çıxış etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini və Qarabağın azad olunması məsələsində qardaş ölkəyə tam dəstək verdiyini bəyan etdi.
Azərbaycanla Türkiyə arasındakı Qars müqaviləsi və digər strateji əməkdaşlıqlar iki ölkənin hərbi və siyasi əlaqələrini daha da gücləndirdi. Zəfər Günü ilə bağlı keçirilən tədbirlərdə Türkiyənin rəsmi nümayəndələrinin iştirakı və hərbi paradlarda Türkiyə hərbi birləşmələrinin yer alması Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bariz nümunəsi oldu.
2021-ci ilin iyun ayında Şuşada imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasında strateji əməkdaşlığın zirvəsi hesab olunur. Bu bəyannamə, hərbi və təhlükəsizlik sahəsində ortaq fəaliyyətlərə dair əsas prinsipial razılaşmaları özündə əks etdirir və Azərbaycanın bölgədəki təhlükəsizliyini təmin etmək məqsədini güdür.
Zəfər Gününün təsis olunması haqqında qərar 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edildi. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi 8 noyabrda Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ilə böyük qələbə ilə nəticələndi. Şuşanın azad edilməsi müharibənin dönüş nöqtəsi oldu və Ermənistanı məğlubiyyəti qəbul etməyə məcbur etdi.
2020-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün təsis edilməsi ilə bağlı rəsmi sərəncam imzaladı və 8 Noyabr tarixi rəsmi olaraq Zəfər Günü elan edildi. Bu sərəncamla Azərbaycanın ən möhtəşəm qələbələrindən biri dövlət səviyyəsində qeyd olunmağa başladı. Qeyd etmək lazımdır ki, ilk olaraq Zəfər Günü 10 Noyabrda təsis edilsə də, daha sonra Azərbaycan-Türkiyə qardaşlığını nəzərə alaraq, həmin gün Türkiyədə Atatürkün anım gününə təsadüf etdiyi üçün 8 Noyabr olaraq dəyişdirildi .
Hər il 8 Noyabr tarixi Azərbaycanda böyük qürurla qeyd olunur. Bu gün münasibətilə ölkə daxilində və xaricində müxtəlif tədbirlər, paradlar, rəsmi mərasimlər təşkil edilir. Zəfər Günü xalqın birliyi, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin anılması, qazilərin şücaətinin və dövlətin gücünün təntənəsi kimi qeyd olunur.
Zəfər Günü qeyd olunarkən dövlətin ali rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva şəhidlərimizin xatirəsini ehtiramla yad edir, müxtəlif abidələrə, xüsusən də Şəhidlər Xiyabanına baş çəkirlər. Bu gün eyni zamanda şəhid ailələri və qazilərlə görüşlər, onların problemlərinin həllinə yönəlmiş tədbirlər təşkil edilir.
Zəfər Gününün qeyd olunmasının ayrılmaz hissəsi hərbi paradlardır. Xüsusilə, 2020-ci ilin dekabr ayında Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu günün ən əlamətdar hadisələrindən biri oldu. Paradda Azərbaycan Ordusu ilə yanaşı, qardaş Türkiyənin Silahlı Qüvvələri də iştirak etdi. Bu, iki qardaş ölkənin birgə qələbəsini və Türkiyə-Azərbaycan dostluğunun rəmzi olaraq yadda qaldı.
Zəfər Günü, yalnız hərbi qələbənin deyil, həm də milli birliyin və vətənpərvərliyin təntənəsi kimi xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xalqının həmrəyliyini və öz torpaqları uğrunda mübarizədəki əzmini bir daha xatırladır. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurların, iqtisadi, siyasi və hərbi gücünün təcəssümü kimi qeyd olunur.
Azərbaycan Zəfər Günü təkcə ölkə daxilində deyil, xaricdə də böyük təntənə ilə qeyd olunur. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində və diplomatik nümayəndəliklərində Zəfər Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycan Ordusunun və xalqının şanlı qələbəsinin dünya ictimaiyyətinə çatdırılması üçün əhəmiyyətlidir. Xüsusilə, Türkiyədə, Pakistan və digər dost və qardaş ölkələrdə də Azərbaycanın Zəfər Günü qeyd olunur, Qarabağ münaqişəsinin həlli və bölgədə ədalətin bərpa edilməsi mövzularında beynəlxalq tədbirlər keçirilir.
Əziz vətən torpaqlarının müdafiəsi üçün bir qönçə gül kimi torpağa düşən qəhraman şəhidlərimizə Allahdan rəhmət ve mağfirət diləyirəm. Şəhidlərimizin ruhları şad olsun. Allah Qazilərimizə can sağlığı versin. Dünyanın dörd bir yanında yaşayan bütün soydaşlarımızı, 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm.
Zəfər ruhumuz heç sönməyəcəkdir.Azərbaycan dillərə dastan olan zəfərə imza atdı. Azərbaycan xalqı , istiqlalına və gələcəyinə qəsd edən işğalçılara qarşı başlatdığı Qurtuluş Döyüşünü, tarixdə bənzəri görülməmiş bir qəhramanlıqla Zəfərlə tac etmişdir. Bu gün Azərbaycan Respublikasının şanlı , şərəfli Dövlət Bayrağı mavi göylərdə dalğalanmaqdadır. Biz tarixi şanla,şərəflə qarlı dağlara dağ vüqarlı oğullarla yazdıq və yazmaya davam edirik yenə yazacaq çox tariximiz var ! Milli marşımız qəhrəmanlıq dastanıımızdır. Dövlətlərimiz möhtəşəm şanlı tariximizin xatirə və əmanətidir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.23 saat 43 dəqiqədə aparılan əməliyyatlardan sonra, ağ bayraq qaldıran ermənilərin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çarəsi qalmadı. 23 saat ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən antiterror tədbirləri nəticəsində separatçı tör-töküntülərini dizə gətirdi və bu fakt bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev: Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Prezident Cənab İlham Əliyevin liderliyi ilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.
Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!!
Milli mübarizədə, yaxın və ya uzaq tariximizdə vətənimiz, millətimiz və bayrağımız ücün şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Azərbaycan Respublikası 21. əsrə damğasını vuracaqdır. Əziz vətən torpaqlarının müdafiəsi üçün bir qönçə gül kimi torpağa düşən qəhraman şəhidlərimizə Allahdan rəhmət ve mağfirət diləyirəm. Şəhidlərimizin ruhları şad olsun.
8 Noyabr Zəfər Günü, Azərbaycan xalqının böyük tarixində qələbənin simvoludur. Xalq, ordu və liderin birliyi, əzm və iradə bu zəfərin təməlini qoydu. Bu gün Azərbaycan xalqı azad edilmiş torpaqlarında yeni həyat qurur, Qarabağ yenidən dirçəlir. Bu Zəfər, gələcək nəsillərə qürur mənbəyi olacaq və xalqımızın milli birliyinin təntənəsi kimi daim yaddaşlarda yaşayacaq. Zəfər Günü, Azərbaycan xalqının milli qürurunun, ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin simvoludur. Bu gün hər il böyük ehtiramla qeyd edilir, şəhidlərin ruhu yad olunur və gələcək nəsillərə vətənpərvərlik ruhu aşılanır. Azərbaycanın milli birliyini və əzmini təcəssüm etdirən bu gün xalqımızın qürur mənbəyi olaraq tarixdə əbədi yaşayacaq.

S.e.f.d. dosent Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR