“Yaradıcı oxucularımız” layihəsi çərçivəsində yeni hekayə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu tanınmış yazıçı Nüşabə Məmmədli kitabxanaya “Can bazarı” yeni hekayəsini təqdim etdi. Yazıçı, publisist N.Məmmədlinin “Can bazarı” hekayəsi üç şəxsin bir-biri ilə etdiyi söhbətlə başlayır. Əsərin qəhrəmanı Yunanıstandan olan gənc həmsöhbətinə  başına gələn əhvalatı danışır.

Bir dostunun məsləhəti ilə bir çox şeylərin əldə edilməyinin mümkün olduğu  “Can bazarı”  deyilən yerə gedib orada özünə ana seçməyi qərara alır. Ananı seçdikdən sonra tələb olunan testdən keçən erməni qadınının  söylədiklərindən dəhşətə gəlir.  Bir erməni qadını olaraq türklərə sonsuz nifrət etdiyini, neçə türk qadınını və körpələrini öldürdüyünü  bilən gənc sarsılır.  Yunanıstanda yaşayan, aparılan təbliğata əsasən  türkləri düşməni bilən gəncin fikirləri alt-üst olur. Əlinə silah alıb ermənilərlə vuruşmaq istəyir. İndiyə qədər düşmən bildiyi ilə dost olur. “Can bazarı” həqiqəti  aşkarlayır.

“Can bazarı” kekayəsi aşağıdakı keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/1xgOUxsSPNXpnOgokULYivA3ZVVydbkPt/view?usp=drivesdk

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR