Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əməkdaşlığının əhəmiyyəti

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”

Hazırda Mərkəzi Asiyanın yeni imici formalaşdırılır. Regional nəqliyyat əlaqələri genişləndirilir. Eyni zamanda  ticarət-iqtisadi və investisiya əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bu baxımdan Azərbaycan Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə bu məsələlər də geniş müzakirə olunub. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak edib. Dövlətimizin başçısı tədbirdəki çıxışında qeyd edib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir: “Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”. Mərkəzi Asiya Dövlət Başçılarının ilk görüşü 2018-ci ildə Astanada keçirilib. Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət görüşünün keçirilməsi isə qardaş xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinə rəvac verir. Bununla region dövlərləri beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə davamlı sadiqliyini nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir: “Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm”. Dünyada baş verən proseslər ildən-ilə daha da mürəkkəbləşir. Regional əməkdaşlığın gələcək inkişafı üçün ümumi baxışın hazırlanması önəmlidir. XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilə xüsusi əhəmiyyət kəsb edir. Çoxtərəfli strukturlar çərçivəsində Mərkəzi Asiya dövlətləri vahid yanaşmalar əsasında fəaliyyət göstərməlidir.

Hesab edirik ki, çoxtərəfli əməkdaşlıq üçün möhkəm iqtisadi bazanın formalaşdırılması da lazımdır. Azərbaycan regional əməkdaşlığın hərtərəfli gücləndirilməsi istiqamətində strateji kursa sadiqliyini təsdiqləyib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mədəni-humanitar əlaqələr də daim yeni yüksək keyfiyyətli məzmun kəsb edir. Belə ki, mədəniyyətlərarası günlər, sənətkarların sərgiləri, milli yeməklər festivalları, gənclər forumları və digər tədbirlər mütəmadi olaraq keçirilir. Yeri gəlmişkən, tədbir çərçivəsində  avqustun 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Вечер дружбы” adlı qala konsert keçirilib. Tədbir Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Astanaya gəlmiş fəxri qonaqların şərəfinə təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Astana Opera” Dövlət Opera və Balet Teatrında gecənin qonaqları Qazaxıstanın tanınmış rəssamlarının və Mərkəzi Asiyadan olan təsviri incəsənət ustalarının əsərlərinin təqdim olunduğu “Yaradıcılıq sədaları” sərgisi ilə tanış olublar. Konsert proqramı çərçivəsində Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan xalqlarının mahnı və rəqsləri ifa olunub. Həmçinin tamaşaçılara milli musiqi alətləri ansamblının müşayiəti ilə “Dostluğun divertisasiyası” kompozisiyası təqdim olunub.

Ümumi səylər sayəsində regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi gücləndirlməlidir. Son illər ərzində keçirilən bu kimi məşvərətçi görüşlər regionun beynəlxalq subyektivliyini və birliyini nümayiş etdirən səmərəli platformaya çevrilib. Bu, həm də müasir dövrün çağırışlarına Asiya dövlətlərinin birgə cavab verməyə hazır olduğu göstərir. Bütün bunlar unikal sivilizasiyalar üçün cazibə mərkəzi olan, qlobal tərəqqidə böyük rol oynayır.

image-seyavus

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR