Bayram Yusifov:”Bu gün Azərbaycanda ağsaqqalların da ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb”
“Azərbaycan gündən- günə gözəlləşir, inkişaf edir və dünya dövlətləri arasında tutduğu yüksək mövqeyi qoruyur”. Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov agsaqqallar.az saytına açıqlamasında deyib. O, bildirib ki, prezident seçkilərindən keçən 1 il müddətində əhalinin rihafı və sayı da durmadan artmışdır.
“İlham Əliyev öz çıxışında, bundan sonra ölkənin uğurla inkişaf edəcəyinə, Azərbaycan xalqının sabitlik, təhlükəsizlik şəraitində yaşayacağına əmin olduğunu qeyd edib. Bu da biz vətəndaşları daha da ruhlandırır, işə olan sevgimizə, Vətənə olan xidmətimizə böyük stimul verir”-deyən B. Yusifov Ağsaqqallar Şurasının da işindən söz açaraq, şuranın aktiv fəaliyyətindən danışıb. O, qeyd edib ki, ağsaqqallarımız da daim prezidentimizi dəstəkləyir, onun yanında olmağa çalışır, hər bir sahədə öz töhfələrini verirlər.
“Gənclərlə sıx təmasda olan ağsaqqalarımız onların gələcəyi üçün öz məsləhətlərini əsirgəmir, tez-tez onlarla görüşlər keçirir, möhtərəm prezidentimizin də dediyi kimi, bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verərkən doğru seçim etdiklərini göstərirlər. Məhz Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Bu gün Azərbaycanda ağsaqqalların da ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu yüksək qiymətləndirilir. Və Şuranın da borcudur ki, bu etimadı doğrultsun. Ona görə də biz hər il dövlətəhəmiyyətli layihələr həyata keçirir, gəncləri də bu layihələrdə iştirak etməyə dəvət edirik”-deyə B. Yusifov bildirmişdir.