Şimali Kipr Prezidenti parlamentlərarası işçi qrupun yaradılmasına görə Azərbaycan Prezidentinə təşəkkür edib
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması ilə bağlı rəsmi X hesabında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Prezident Ersin Tatarın paylaşımında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə “Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik”, – deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.