Həzi Aslanov adına veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib
Bu günlərdə “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” adlı veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib. Bu haqda “Diaspornew.az”a veteran təşkilatının sədri Əli Kazımov məlumat verib.
“Bizim təşkilat yaranandan sonra ilk olaraq sənədləri Moskva Müharibə Veteranları Komitəsinə təqdim etmişdik. Səbirsizliklə cavab gözləyirdik. Nəhayət Moskva Müharibə Veteranları Komitəsinin Plenumunun 29 fevral 2024-cü il tarixli iclasında bu müsbət qərar qəbul edilib. Komitə ilə əməkdaşlıq çərçivəsində Rusiyada daha geniş formada qəhrəman Vətən övladlarını tanıdacağıq”.
Xatırladaq ki, Əli Kazımov Moskva Müharibə Veteranları Komitəsində təmsil olunan ilk və yeganə Azəbaycan veteran təşkilatının sədridir.
Oxşar Xəbərlər
- Təşkilat Komitəsinin sədri agsaqqallar.com saytına ekskluziv açıqlama verib
- 8 Mart Beynəlxalq Qadınlar Gününə dair Nizami rayonunda şəhid anaları və xanımları ilə görüş keçirilib – FOTOLAR
- Suriya Türkmən Doktorlar Birliyinin sədri professor dr. Muhtar Fateh Bəydili TAİB-in Özbəkistan səfəriylə bağlı açıqlama verib