“Sivil Toplum” Monitorinq Koalisiyası Prezidentliyə namizədlərlə görüşlər keçirir
29 yanvar 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Əhməd Abbasbəyli (Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) və Qormaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Fuad Əliyevlə görüş keçirib. Görüşdə həmsədrlər “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, müşahidə missiyası, seçki prosesində Koalisiyanın həyata keçirəcəyi fəaliyyətlər barədə məlumatlar veriblər. Prezidenliyə namizəd Fuad Əliyev isə öz növbəsində seçki mühiti, seçkilərin bu mərhələsinə olan vəziyyət, namizədliyin, irəli sürülməsi, imza toplanma və təşviqat prosesi barədə məlumatlar verib, öz seçki platforması haqqında ətraflı danışıb.
Görüşün sonunda seçkilərin demokratik azad, ədalətli və şəffaf keçirilməsi naminə hər kəsin, istər siyasi partiyaların, istər bitərəf müşahidəçilərin, istərsə seçicilərin maksimum səy göstərməsinin vacibliyi xüsusi vurğulanıb.