Sağlamlıq imkanları məhdud gənclərin iştirakı ilə 4 təlim keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan gənclərin peşəyə yönləndirilməsi və inkişafı, onların məşğulluğunun təmin olunmasına dəstəyin verilməsi” adlı layihə artıq yekunlaşıb.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi üzrə “ŞƏBƏKƏ” proqramı çərçivəsində baş tutdu.

Layihə üzrə ekspert, İctimai Birliyinin sədri Nailə İsmayılovanın verdiyi məlumata görə layihə çərçivəsində Resurs Mərkəzində 40 nəfərdən artıq sağlamlıq imkanları məhdud gənclərin iştirakı ilə 4 təlim keçirilib:

“Təlimlər Bakı KOB-un təlimçisi Dilşad Əhədova tərəfindən aparılıb. Təlim zamanı müxtəlif alətlərdən istifadə olunaraq gənclərə peşə təhsili, qazanılan peşəyə uyğun istiqamət üzrə məşğulluğun təmin olunması məqsədilə müxtəlif yolların araşdırılaraq gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün məlumatlar verilib”.

Qeyd edək ki, təlimlər zamanı gənclərin istifadəsi üçün onlara buklet və dəftərxana ləvazimatları paylanılıb. Gənclərlə həmçinin qrup işləri, vörkşoplar həyata keçirilib. Hər gün keçirilən təlimlərdə fasilə zamanı iştirakçılar çay süfrəsinə dəvət olunublar. Təlimlərin sonuncu günü iştirakçılara layihədə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR