" />

Ərdoğan: “Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”.

Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə – Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: “Bunun son nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Çünki Azərbaycan dövləti və xalqı kədərimizi öz kədəri kimi qəbul etdi. Azərbaycan xilasediciləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz və xalqım adından minnətdarlığımı bildirirəm. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR