" />

“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda konfrans

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “Leyla Khazari Art Gallery”də konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, ümummilli lider Heydər Əliyev tarixin ağır dönəmində Azərbaycana xilaskar kimi Tanrı tərəfindən göndərildi. Hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, qanunsuz hərbi birləşmələrin ləğv edilməsi, konstitusiyanın qəbul edilməsi, milli ordu quruculuğu, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və ümumimilikdə yeni müasir dövlətin yaranması böyük bir missiya idi və dahi lider bu böyük və nəcib missiyanın öhdəsindən layiqincə gəldi. Heydər Əliyev böyük ədibimiz Hüseyin Cavidin nəşini Vətənə gətirməklə bütün Türk dünyasının qarşısında böyük xidmət göstərdi və o turançı olduğunu sübut etdi. Ümummilli lider ölkəmizdə böyük quruculuq işləri gördü və ölkəni etibarlı əllərə həvalə etdi. O, Prezident İlham Əliyevə inanırdı və cənab Prezident də ata vəsiyyətini dəqiqliklə yerinə yetirdi.
Sonra YAP-ın Səbayıl rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, milli-ideoloji işin təşkilində, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında, mədəniyyətimizin inkişafında böyük əvəzolunmaz xidmətləri olub. O qeyd edib ki, belə tədbirlər ulu öndər Heydər Əliyevin irsinin gənc və gələcək nəsillərə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Daha sonra Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin sədri, professor Südeyf İmamverdiyev çıxış edərək qeyd edib ki, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin xidmətlərini tarix heç zaman unutmayacaqdır. Onu yalnız Mustafa Kamal Atatürklə yalnız müqayisə etmək olar. Çünki hər ikisi dağılmaqda olan ölkəni yenidən qurdular, xilas etdilər. O zaman sovet imperiyası Azərbaycanı tam müstəmləkə halına gətirmək üçün Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırdı. Ümummilli lider Azərbaycanın çətin, ağır günlərində Vətənə gəldi. Xalq öz sevimli oğlunu, idarəçilik səriştəsi ilə hər kəsin rəğbətini qazanan Heydər Əliyevi böyük məhəbbətlə qarşıladı. Həmin vaxtda ölkənin şimalında, cənubunda separat ünsürlər vətənimizi parçalamağa çalışırdılar. Hakimiyyət böhranı günü-gündən dərinləşir, Qarabağda erməni silahlı qüvvələri rayonlarımızı işğal edirdilər. Belə bir zaman kəsiyində xalqımızın müdrikliyi özünü göstərdi və Heydər Əliyevin hakimiyyətə qayıtmağını coşqu ilə istədi. O da zamanında xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəsini xilas etməyə müvəffəq oldu.
Tədbirdə “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri Elçin Axundzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri Anar Turan, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Türk Dünyası Ağsaqqalları Birliyinin sədr müavini, AMEA-nın əməkdaşı Elnur Elnur Eltürk, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi – Şəlalə Həsənova, Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov, Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi Birliyinin sədri Samirə Mustafayeva ümummilli lider Heydər Əliyev barədə fikirlərini bildirdilər.

Tədbir ulu öndərə həsr olunmuş sənədli video-çarxın təqdimatı və bədii hissənin çıxışları ilə başa çatıb.

“Xalq qəzeti”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR