CAR Milli Assambleyasının sədri: “Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.

Agsaqqallar.com xəbər verir ki, bunu Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Qonaq Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirib.

Dövlət başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula Ulu Öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd edib, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğulayıb.

Qonaq deyib ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR