Milli Məclisdə Tacikistan Prezidentinin Heydər Əliyevlə bağlı ürək sözləri səsləndirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dahi oğludur. O, bütün həyatını öz xalqına, Azərbaycanın dünya arenasında nüfuzunun güclənməsinə həsr edib. Onun yorulmaz səylərinin bəhrəsini müasir Azərbaycanın simasında görürük”.

Agsaqqallar.com xəbər verir ki, bunu Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda həmin ölkənin başçısı Emoməli Rəhmonun ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırarkən deyib.

“Tacikistanda Heydər Əliyevin şəxsiyyətinə hər zaman dərin hörmət bəsləyiblər. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Eləcə də iki ölkə arasında çoxtərəfli münasibətlərin dərinləşməsində rolu danılmazdır. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfərində əldə edilən nəticələr bir daha sübut edir ki, iki xalq ortaq tarixə, dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xoş münasibətə sadiqdir. Əminəm ki, bu səfər zamanı əldə edilən razılıqlar iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını qoyacaq. İki ölkə arasındakı münasibətlər ardıcıl, müştərək addımlar nəticəsində artan xətlə inkişaf edəcək. Bu da iki xalqın xeyrinə davam edəcək”, – vurğulanıb.

Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri çıxışının davamında öz adından əlavə edib ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdəki zəhməti, əməyi, idarəetmə məharəti və dərin zəkası yorulmaz enerjisindən asılı idi:

“Bütün gücünü öz xalqının, dövlətinin güclənməsinə sərf edib. İnsanlara qarşı daim qayğı ilə yanaşıb”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR