Özbəkistan Prezidenti Ərdoğanı TƏBRİK ETDİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı seçki münasibəti ilə təbrik edib.

Agsaqqallar.com xəbər verir ki, bu barədə Özbəkistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün liderlər arasında telefon danışığı olub. Özbəkistan Prezidenti deyib ki, seçkilərin nəticələri Türkiyə liderinin islahatlarına xalq dəstəyindən xəbər verir.

“Prezident Mirziyoyev Türkiyə liderini prezident və parlament seçkilərinin uğurla keçməsi, nəticədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi “Cümhur ittifaqı”nın və ölkənin hazırkı prezidentinin seçicilərin səslərinin əksəriyyətini qazanması münasibətilə ürəkdən təbrik edib”, – deyə məlumatda qeyd olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR