Qırğızıstan parlamentinin sədri Azərbaycana səfərə yola düşüb
Qırğız Respublikası parlamentinin spikeri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlir.
Agsaqqallar.com “AKI Press”ə istinadən xəbər verir ki, Qırğız Respublikası parlamenti Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində spiker Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcək, həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Joqorku Keneşin nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş ofisinə baş çəkəcək və onun fəaliyyəti ilə tanış olacaq.
Oxşar Xəbərlər
- TAİB-in İdarə Heyətinin üzvü, kərküklü jurnalist, yazıçı dr. Şəmsəddin Küzeçinin “Kərkükdə Türk Soyqırımları” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub
- Ramin Əhmədov:”Dağılan evlər, dinc əhalinin vəhşət yaşaması, körpələrin ölümü erməni vandalizminin missiyası olaraq qalır”
- Türkiyə MN-dən Bakıda keçiriləcək Zəfər Paradı ilə bağlı paylaşım