TAİB-in İdarə Heyətinin üzvü, kərküklü jurnalist, yazıçı dr. Şəmsəddin Küzeçinin “Kərkükdə Türk Soyqırımları” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub
TAİB-in İdarə Heyətinin üzvü, kərküklü jurnalist, yazıçı dr. Şəmsəddin Küzeçinin “Kərkükdə Türk Soyqırımları” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub
Müəllif bu kitabda İraq Türkmənlərinin son yüz ildə məruz qaldığı soyqırım, qətliamla susdurma siyasətini əks etdirmişdir. 1918-ci ildə Osmanlı İraqdan çəkildikdən sonra İngilislərin etdiyi hiyləgərliklərə də yer verən Küzeçi kitabda sənədlər və şəkillərlə birlikdə İraqda yaşamaq uğrunda mübarizə aparan İraq azərbaycanlılarının faciəsini bütün dünyaya hayqıraraq göstərib.
Qeyd edək ki, bu kitab Şəmsəddin Küzeçinin ən mühüm əsərlərindən biridir. Kitabın tərcüməçisi Amilya Ömər, ön sözün müəllifi millət vəkili, professor Qənirə Paşayeva, redaktorlar Aqil Camal və Şahla Arslandır. Kitab Ankaradakı “Gülnar” nəşriyyatında çap olunub.
Xatırladaq ki, TAİB-in İdarə Heyətinin üzvü, kərküklü jurnalist, yazıçı Şəmsəddin Küzeçi 20 ilə yaxın bir müddətdə Azərbaycan və İraq Türkmənləri arasında önəmli bir mədəniyyət körpüsü qurmuşdur. Azərbaycana etdiyi hər səfərdə yeni bir əsərlə dostlarının qarşısına çıxmışdır.