Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Türkiyədə səfərdədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri başlayıb.
Agsaqqallar.com xəbər verir ki, Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərləri, media nümayəndələrindən ibarət nümayəndə heyəti Ankarada xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, nümayəndə heyəti qardaş Türkiyəyə səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar anım tədbirində iştirak edəcək və müxtəlif görüşlər keçirəcək. Nümayəndə heyəti, həmçinin zəlzələdən zərər çəkən Kahramanmaraş bölgəsini ziyarət edəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR