Heydər Əliyev və Azərbaycan dili

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, böyük mədəniyyətin daşıyıcısıdır.Millətin kimliyini, hansı etnosa bağlılığını müəyyənləşdirən vacib elementlərdəndir. Xalqlar və millətlər öz dilləri ilə tanınır və bu dillərin sayəsində tarixdə və cəmiyyətdə öz yerini qoruyub saxlamağa çalışırlar. Hər bir xalqın dili və onun mədəniyyəti həmin insanlar üçün doğmadır və əzizdir. Bəşər övladı dünyaya göz açanda, məhz anaları vasitəsi ilə ilk eşitdiyi şirin kəlmələr də, bu dil vasitəsilə onların yaddaşına həkk edilir.

Dünya xalqları bir çox dil quruplarının daşıyıcılarıdır. Onlardan biri də türk dilləri qrupudur. Türk dili öz ahəngi və şirinliyi ilə insanların qəlbini riqqətə gətirməyi bacarır. Oğuz türklərinin danışdığı türk dilinin içərisində Azərbaycan dilinin öz yeri və rolu böyükdür. Zəngin mədəniyyətə, qədim köklərə bağlı olan məmləkətimiz tarixin süzgəcindən keçərək öz dilini daha da mükəmməlləşdirmiş və təkmilləşdirmişdir.
Azərbaycan dilinin zənginliyi ilə bağlı Ulu öndər Heydər Əliyevdən sitat gətirmək yerinə düşər:” Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.
Hələ 70-ci ilıərin ortalarında SSR- i dövründə Azərbaycan dilinin dövlət dili elan edilməsi və dövlət dilində danışmaq, yazışmalar aparmaq böyük cəsarət tələb edirdi. Məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti və böyük iradəsi hesabına 21 aprel 1978- ci ildə qəbul edilmiş Azərbaycan SSR-i Konstitusiyasının 73- cü maddəsinə ” Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” bəndi sənəddə əks olunmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21- ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edilmişdir. Ulu öndər dövlət dilinin yeni inkişaf mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq 2001- ci ilin iyunun 18- də ” Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bunun ardınca imzaladığı 2001- ci il 9 avqust tarixli Fərmanla ” Azərbaycan əlifbası və Azərbaycan dili günü” təsis edilmişdir. Hər il avqustun 1- i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

 

Mürvət İbrahimov

Nizami rayon İcra hakimiyyətinin məsul işçisi 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR