İlham Əliyevdən Paşinyana sərt cavab

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan bayrağı bu gün işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq.

Agsaqqallar.az  bildirir ki,  bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Xatırladaq ki, artıq neçə gündür, Ermənistanın yeni baş naziri Nikol Paşinyan danışıqlar prosesində erməni mövqeyini kəskinləşdirməyə, qondarma “DQR”in müstəqilliyini birtərəfli qaydada tanımağa yönəlik radikal bəyanat və çağırışlarla çıxış edir.

Buna cavab olaraq İlham Əliyev  “Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deyə vurğulayıb.

Prezident, həmçinin Azərbaycan Ordusunun gücündən söz açıb. Bildirilib ki, biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər.

“Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda – bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır”.

Emil Əmiraslanov

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR