Qırğızıstanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər keçiriləcək
Qırğızıstanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər keçiriləcək.
Agsaqqallar.com xəbər verir ki, MM-in Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşir tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.
Deputatlarımız burada Tarix Muzeyində təşkil olunan fotosərgidə və Qırğızıstan parlamentində keçiriləcək elmi-praktik konfransda iştirak edəcəklər.
Səfər aprelin 21-də başa çatacaq.