Yevlaxda ağacəkmə kampaniyası davam edir
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Yevlax və YAP Mingəçevir şəhər təşkilatlarında “700 min ağac əkək” kampaniyası ilə əlaqədar Yevlax rayonu ərazisində yerləşən meşə zolağında növbəti ağacəkmə kompaniyası baş tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən meşə zolağında genişləndirilməsi nəzərdə tutulan ərazidə keçirilib.
Kompanyada YAP Yevlax və YAP Mingəçevir şəhər təşkilatlarının İdarə Heyəti, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Bayram əhval ruhiyyəsi ilə keçirilən kampaniyada YAP fəallarının iştirakı ilə 3200-dən çox göyrüş və meliya ağacları əkilərək təbiətin isdifadəsinə verilib. Əkilən ağaclara qulluq olunub. “700 min ağac əkək” kampaniyası Aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək.
“700 min ağac əkək” kampaniyası çərçivəsində ərazidə artıq 8700 ağac əkilib.
Elşən Ramizoğlu