İsrailli nazirdən Azərbaycanla bağlı PAYLAŞIM
İsrailin xarici işlər naziri Eli Kohen özünün “Twitter” səhifəsində Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib
Agsaqqallar.com xəbər verir ki, nazir İsraildə Azərbaycan səfirliyinin açılmasının tarixi hadisə olduğunu bildirib.
“Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, – paylaşımda deyilir.
Oxşar Xəbərlər
- Heydər Əliyev Sarayında “Aprel döyüşləri”nin növbəti ildönümünə həsr olunmuş “ÜMİD GÜNƏŞİ” adlı ədəbi-bədii gecə keçirilib
- COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları mövzusunda beynəlxalq konfrans keçirildi
- MEK-də “Bu dünyanın Həsənağası” adlı kitabın və eyniadlı sənədli filmin təqdimatı keçirilib – FOTOLAR