“Siyasi partiyalar haqqında” yeni qanun demokratik cəmiyyətin, siyasi plüralizmin göstəricisidir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 16 dekabr 2022-ci ildə imzalanmış “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.
“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir;
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib:
– Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub;
– Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilmişdir) çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib;
– Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib (40 sual verilmişdir);
– Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib;
– Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş);
– Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilməklə Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlə siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi.
Bu cür əhəmiyyətli qanun layihəsinin qəbulu zamanı ictimai-siyasi fikrin nəzərə alınması, ictimai rəyin öyrənilməsi demokratik cəmiyyətin, siyasi plüralizmin göstəricisidir. Müsbət tendensiya kimi dəyərləndirilən bu cür müzakirələr gələcəkdə də davam edəcək. Siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin də dinləmələri yüksək qiymətləndirməsi müzakirələrin müsbət nəticələrindən biridir.
Qanun layihəsinin siyasi sistemdə yaradacağı dəyişikliklər siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərəcək.

Heydər Rəhimov

Nizami bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR