TAİB Qadınlar Şurasının da təşkilatçı olduğu beynəlxalq elmi konfrans – Türk xalqlarının nümayəndələri AMEA-da bir araya gəldilər – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi

Bu gün AMEA-da Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Dünya Türkologiya Mərkəzi və Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Konfrans öncəsi türk qadınlarının əl sənəti nümunələrindən ibarət tikmələr, çantalar, müxtəlif bəzəkli əşyalar sərgiləndi, bu maddi-mədəniyyət nümunələrində ümumtürk xalqlarının etnoqrafik cizgiləri təcəssüm olunurdu.

Sərginin ardınca AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Dünya Türkologiya Mərkəzi və Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.
Giriş nitqi ilə tarix elmləri doktoru, professor Abbas Seyidov çıxış etdi. Plenar iclasda akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, tarix elmləri doktoru Güllü Yoloğlu, konfransda ayrı-ayrı türk xalqlarının nümayəndələrindən Dinara Appasova (Qırğızıstan Respublikası), Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun Sənətşünaslıq Mərkəzinin müdiri Rauza Sultanova, Elmira Yusifli, Qazaxıstan Respublikasından Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun nümayəndəsi Talqat Muxanov, Folklor İnstitutundan filologiya elmləri doktoru Ağaverdi Xəlil və digər elm adamları elmi məruzələrlə çıxış etdilər.

Konfransda türk qadınlarının istər cəmiyyətdə, istərsə də ailədə aparıcı və hərəkətverici qüvvə olduğu qeyd edildi. Göstərildi ki, qadının gücü çox vaxt pərdə arxasında qalsa da, onun tarixi təsiri heç vaxt inkar edilməyib. Türk qadının ağlı, ailəsinə bağlılığı, övlad sevgisi, hər zaman dillərə dastan olub. Ən böyük sərkərdələr də qadının ağlı ilə hesablaşar, sözünü uca tutar, məsləhətlərini dinləyərdilər.
Qadın eyni zamanda yaradıcıdır. Uzun əsrlərdən bəri xalq arasında yaşayan ayin, adət və ənənələrin yaranmasında böyük xidmətləri var. Qadın həm də yaratdıqlarını yaşadır, övladlarına ötürür. Qadının tək bir ailə çərçivəsində deyil, ulus, el, oba, cəmiyyət səviyyəsindəki rolunun mühüm olduğu vurğulandı. Qeyd olundu ki, bütün turk xalqlarının tarixinə nəzər salsaq, hər zaman güclü türk qadın hökmdarları və qadın siyasətçilər öz ağlı, düşüncəsi və liderlik xüsusiyyətləri ilə fərqlənmişdirlər.

Tarixən Azərbaycan hökmdarı olmuş Tomris kimi digər türk dövlət idarəçiliyində güclü və lider qadınların rolundan bəhs olundu.
Müasir günümüzdə də tanınmış türk qadınları arasında öz ləyaqəti, müdrikliyi və iti zəkası ilə seçilən Mehriban xanım Əliyevanın gördüyü işlərdən də söhbət açıldı.

Daha sonra konfrans digər iştirakçıların bölmə iclaslarındakı çıxışları ilə öz işinə davam etdi.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR