Latviyanın eks-prezidenti: “Heydər Əliyevin diplomatik bacarığı var idi”
“Enerji ehtiyatları ilə zəngin olan Azərbaycanda müstəqil respublika yaratmaq üçün Heydər Əliyevin malik olduğu xüsusi diplomatik bacarıqlara ehtiyac var idi”.
Bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf etdiyini görsə, qürur duyardı.
Sabiq dövlət başçısı xatırladıb ki, bir çox ölkələr kimi Azərbaycan da Birinci Dünya müharibəsi başa çatdıqdan sonra müstəqil dövlət yaradıb. Lakin təəssüflər olsun ki, bu dövlətlər uzun sürmədilər və SSRİ-nin tərkibinə daxil oldular.