TAİB Gənclər Təşkilatının Mədəniyyət Komitəsinin sədri könüllü olaraq zəlzələ zonasında xidmət edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının Mədəniyyət komitəsinin sədri Ruslan Həsənov artıq bir aydır ki, Türkiyədə zəlzələ zamanı zərər çəkənlərə yardım edir.
Şəxsi təşəbbüsü ilə Gənclər Təşkilatı tərəfindən uğurlanan gəncimiz hazırda Türkiyədədir. Bu barədə Agsaqqallar.com saytına açıqlama verən Ruslan Həsənov bildirib ki, özünü doğma evindəki kimi hiss edir.
“Türkiyədə baş verən təbii fəlakət türk dünyası üçün ağır bir sınaq oldu. Hamı kimi mən də Azərbaycanda dövlətimizin çağırışına qoşularaq yardım mərkəzində fəaliyyət göstərdim. Lakin bununla da ürəyim sakit olmadı. Çünki biz eyni soyun, eyni qanın daşıyıcılarıyıq. Zəlzələdən əziyyət çəkənlər bizim üçün doğma, ailəmiz kimidirlər. Və mən qərara aldım ki, könüllü olaraq Türkiyəyə gedim. Artıq bir aydır ki, burdayam.
Bir neçə əhəmiyyətli strateji bölgələrdə fəaliyyət göstərmişəm. Burdakı evsiz-eşiksiz qalan insanlara, valideynlərini itirən uşaqlara, ailəsini itirən insanlara kiçik, isti bir nəfəs vermək, sevgini göstərmək insanlığın vacib amilidir. Burda artıq hamımız doğmalaşmışıq. Sanki bir ailənin üzvü kimiyik. Dövlətimiz və xalqımız Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsini bir daha örnək olaraq göstərdi dünyaya. Mən bir daha dövlətimlə və xalqımla qürur duydum. Təmsil olunduğum Türk Ağsaqqalları Birliyinin də yardıma qoşulması, ağsaqqallarımızın dəstək mesajları, anım keçirmələri, Türk səfirliyini ziyarəti biz gənclərə böyük stimul verdi. Artıq Türk dünyası bir ailəyə çevrilir. Birlik-bərabərliyimiz möhkəmlənir. Türkiyədə baş verən zəlzələdə bu daha aydın göründü”-deyə TAİB üzvü bildirib
Qeyd edək ki, birliyin Gənclər Təşkilatının türkdilli ölkələrin gənclərilə əlaqələri inkişaf edir. Birgə layihələr üzərində müzakirələr aparılır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR