Günay Əfəndiyeva Qırğızıstan Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov ilə görüşüb.
Agsaqqallar.com xəbər verir ki, görüşdə müasir dövrdə Türk dövlətləri arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Türk xalqlarının ortaq mədəniyyətinin mühüm birləşdirici amil olduğu vurğulanıb. Fond tərəfindən ümumtürk mədəni irsinin mühafizəsi və geniş miqyasda təbliği istiqamətində aparılan işlər Türk dünyası üçün önəmli töhfə kimi qiymətləndirilib. Eyni zamanda Fond tərəfindən keçirilmiş Qırğızıstanın qədim dəyərlərini, zəngin mədəniyyətini əks etdirən və tanıdan layihələrin əhəmiyyətindən bəhs olunub. Görüşdə dünyanın ən zəngin folklor sərvətləri sırasında yer alan, qırğız xalqının mənəvi abidəsi – “Manas” eposunun dərindən öyrənilməsi yönündə Fond tərəfindən həyata keçirilməkdə olan silsilə layihələr yüksək qiymətləndirilib. Fond ilə təşkilatın qurucu üzv dövləti Qırğız Respublikası arasında əlaqələrin daha da genişlənməsi istiqamətində birgə əməkdaşlığa dair dəstək ifadə edilib.
Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kairat Osmanaliyev də iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR