Ramin Əhmədov: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycanın Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. 

Bu barədə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində paylaşıb.

Ramin Əhmədovun paylaşımında deyilir:

Paytaxt Bakıda keçirilən Zirvə görüşündə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 70-ə yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət başçıları iştirak edirlər.

“Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir” deyən Prezident cənab İlham Əliyev, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb.

Qoşulmama Hərəkatı ölkələri Azərbaycana tam etimad göstərir və bütün dünya buna şahiddir. Azərbaycan Prezidentinin çağırış və təkliflərinin yüksək səviyyədə qarşılanması qeyd olunanlara əyani misaldır. Məhz bu cür mötəbər beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndələrin iştirakı Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Həm də bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasından 31 il ötür. Prezident İlham Əliyev Zirvə görüşündə BMT sistemində aparılan islahatlara da toxunaraq deyib: “BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır”.

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zirvə görüşündə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT qətnamələrinin icra edilmədiyini də qeyd edərək deyib, “BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.

Bir sözlə bu gün dünyanın diqqəti yenə də Azərbaycana yönəlib və Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Əhəmiyyətli bir siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dönəmində özünün ən uğurlu dövrünü yaşayır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR