TAİB-in sədr muavini, diaspor üzrə araşdırmaçı Elnur Eltürkün “Türkel” Media Qrupunun rəhbərliyi ilə görüşü olub
Türk Ağsaqqalları Birliyinin sədr muavini, diaspor üzrə araşdırmaçı Elnur Eltürk İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyevlə birgə “Türkel” Media Qrupunun ofisində həmin qurumun rəhbərliyi ilə görüş keçiriblər.
Görüşdə “Türkel” Media Qrupunun rəhbəri Hökümə Xəlilova və “Türkel” jurnalının baş redaktoru Ramiz Məşədihəsənli iştirak edib.
Qeyd edək ki, Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafına daim öz töhfələrini verən bu iki dəyərli insanın nəinki Qırğızıstanda, eyni zamanda Türk dünyasının hər bir yerində böyük nüfuzu var. Türk birliyinin mədəni-sosial və siyasi-ictimai inteqrasiyasında xidmətləri olan bu şəxslər
Türk Ağsaqqalları Birliyinin İdarə heyətinin üzvüdürlər və ilk gündən birliyin fəaliyyətində iştirak edirlər.
Xatırladaq ki, Hökümə Xəlilova bir neçə il əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı ilə “Əməkdar mədəniyyət xadimi” fəxri adına layiq görülüb.