“Sən Vətənsən” adlı beynəlxalq rəsm müsabiqəsinə start verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və Hədəf Globalın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Sən Vətənsən” adlı beynəlxalq rəsm müsabiqəsi keçiriləcək.

Agsaqqallar.com xəbər verir ki, Beynəlxalq müsabiqənin məqsədi 2023-cü il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçiriləcək tədbirlər silsiləsinə qalıcı əsərlər bəxş etməkdir. Müsabiqədə ölkəmiz ilə birlikdə qardaş ölkələr Şimali Kip, Qazağıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan respublikalarından da şagirdlər iştrak edəcəklər. Müsabiqəyə həmin ölkələrdən bəhs edən rəsm əsərləri təqdim edilə bilər. Əsərlərdə Türk Dövlətlərinin birliyi vurğusuna da diqqət çəkilə bilər.

Hədəf Şirkətlər Qrupu, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, ölkəmizin gerçəkliklərini sənət əsərləri vasitəsi ilə tanıtmaqdır.
Müsabiqə 2 yaş qrupunda (10-14 yaş, 15-18 yaş) və 2 mərhələ üzrə Hədəf Şirkətlər Qrupuna daxil olan müəssisələrdə təhsil alan şagirdlər arasında keçirilir.
Rəsm işləri Hədəf Şirkətlər Qrupunun Baş İdarə ünvanına (Akademik Həsən Əliyev 80 D) təqdim edilməlidir.

Müsabiqə üzrə tələblər aşağıdakı kimidir:

– Rəsmlər A3 formatda işlənməlidir;
– Rəsmlərin işlənmə texnikası sərbəstdir (rəngkarlıq, qrafika , kollaj və s.);
– Müsabiqəyə hər iştirakçıdan 1 rəsm işi qəbul ediləcək;
– Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində yuxarı sol küncünə yapışdırılmalıdır;
– Müsabiqədə iştirak edən rəsmlər geri qaytarılmır.
– Müsabiqəyə təqdim olunacaq rəsmlər arasında Şimali Kipr Türk Respublikası ilə ölkəmiz arasında əlaqələri tərənnüm edən işlərə üstünlük veriləcək;

Müsabiqənin ilk 2 yer qalibləri 15 iyun-15 avqust 2023 cü il tarixləri arasında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə 5 gecə 6 gün olmaqla ŞKTR-na səfəri təşkil olunacaq. Səfərin avia bileti xaric olmaqla bütün xərcləri təşkilatçılara aid olacaq (hava limanı qarşılama, yola salma, 5 gece yaşama yeri ilə təmin etmə, bütün tarixi yerlərə səyahətlər, gündə 3 dəfə qidalanma və.s). Rəsm müsabiqəsinin bütün iştirakçıları hər üç təşkilatçı qurumun loqolarının yer aldığı sertifikat ilə təltif olunacaqlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR