İlham Əliyev: “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil
“Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil.
Agsaqqallar.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında deyib.
“Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.
Oxşar Xəbərlər
- TAİB Gənclər Təşkilatının Mədəniyyət Komitəsinin sədri könüllü olaraq zəlzələ zonasında xidmət edir
- “İnanırıq ki, Binəli Yıldırımın rəhbərlik etdiyi Ağsaqqallar Şurası Türk birliyinə bənzərsiz töhfələr verəcək” – TAİB sədri
- İlham Əliyev: “Ümummilli Lider dost və qardaş Özbəkistanla əlaqələrə böyük diqqət yetirib”