Özbəkistan senatoru Bəxtiyar Sayfullayev vəfat edib
Özbəkistanın keçmiş mədəniyyət naziri, senator Bəxtiyar Sayfullayev 72 yaşında vəfat edib.
Bu barədə Agsaqqallar.com-a Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bəxtiyar Sayfullayev 1951-ci ildə Daşkənddə anadan olub. 1972-ci ildə Daşkənd Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Elə həmin il Respublika Gənc Tamaşaçılar Teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayıb. 2020-ci ilin yanvar ayından Senatın Gənclər, Mədəniyyət və İdman Komitəsinin sədridir.
Bundan əvvəl o, 2017-ci ilin avqust ayından Özbəkistanın Mədəniyyət naziri və eyni zamanda Dövlət Konservatoriyasının rektoru olub.
Qeyd edək ki, Bəxtiyar Sayfullayev əvvəllər 2012-ci ildən Mannon Uyğur adına Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru, 2005-ci ildən Mədəniyyət və idman nazirinin birinci müavini vəzifələrində çalışıb.