Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaş kimi inkişaf etdirirlər
Azərbaycan 1991- ci il 18 oktyabrda müstəqillik əldə etdikdən sonra, onu müstəqil dövlət kimi tanıyan ölkələrdən ikincisi məhz Rumıniya olmuşdur.Cənubi- şərqi Avropada yerləşən bu dövlət şimaldan və şərqdən Ukrayna ilə, şimal-şərqdən Moldova ilə, cənubdan Bolqarıstan və qərbdən isə Serbiya və Macarıstanla həmsərhəddir. Ölkə 1 yanvar 2007- ci ildən Avropa Birliyinin üzvüdür.
Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanla Rumıniya arasında əməkdaşlıq ötən əsrin 50- ci illərinə təsadüf edir. 1951- ci ildə bu ölkənin tanınmış bir qurup ictimaiyyət nümayəndələrinin Bakıya səfəri mədəni əlaqələrin formalaşmasına mühüm töhvə olmuşdur.
Artıq 1960- cı illərin 2- ci yarısından Azərbaycan- Rumıniya elmi əməkdaşlığı, alimlərin təcrübə mübadiləsi, elmi ezamiyyətləri ilə davam etdirilirdi.
1970- ci ildə Azərbaycan SSR- nin yaradılmasının 50 illiyi münasibətilə Rumıniya mediya nümayəndələri yenidən Respublikada səfərdə olmuş, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı ilə yaxından tanış olmuşlar.
Bu gündə bu ənənə davam etdirilir. Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri bu münasibətlərin məntiqi davamı idi. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha təsdiq edir. Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya- Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR- ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. SOCAR- ın bu ölkədə 70- dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
Təbii qazın Rumıniya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perespektivlərini müəyyən edir.Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Murvət İbrahimov
Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi