Macarıstan Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyib
Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinin tərəfdarıdır.
Agsaqqallar.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
“Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi bu günə qədər yeganə uğurlu təcrübədir. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlunun səyləri sayəsində “taxıl sazişi” imzalanıb. Biz Türkiyədən vasitəçilik təcrübəsini davam etdirməsini xahiş edirik”, – o bildirib.