Türkiyədə Almas İldırıma həsr edilən konfrans və kitab təqdimatı olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Malatya şəhərində fəaliyyət göstərən İnönü Universitetində görkəmli şair Almas İldırıma həsr olunan “Qaladan Qalaya cəsur bir səs” adlı yaradıcılıq konfransı və onun şeirlərindən ibarət nəşr olunan “Almas İldırımın seçilmiş şeirləri” kitabının təqdimatı olub.

Təqdimatda TAİB-in İdarə Heyətinin üzvü,  görkəmli şair Kənan Çərboğanın türk dilinə çevirdiyi “Almas İldırımın seçilmiş şeirləri” kitabının təqdimatı da keçirilib

Agsaqqallar.com xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və İnönü Universitetinin birgə təşkilatçılığı ilə keçirilən təqdimatda elm və sənət adamları, şair və ədəbiyyatçılar iştirak ediblər.
Əvvəlcə Almas İldırımın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
TÜRKSOY-un Baş katibi Sultan Raev, İnönü Universitetinin rektoru Əhmət Kızılay çıxışlarında diqqətə çatdırıblar ki, Almas İldırımın yaradıcılığı təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyası üçün qiymətli xəzinədir
Sonra Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı, professor Esra Şimşek və TAİB-in İdarə Heyətinin üzvü,  görkəmli şair Kənan Çərboğa görkəmli şairin poeziya yaradıcılığı ilə bağlı fikir və düşüncələrini bölüşüblər.
TÜRKSOY tərəfindən yayımlanan “Almas İldırımın seçilmiş şeirləri” kitabının redaktoru Elçin Qafarlı, türk dilinə çevirən isə şair Kənan Çərboğadır.
Çıxışlarda əminliklə ifadə olunub ki, təqdim olunan nəşr poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacaq.
Konfransdan əvvəl Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və İnönü Universiteti arasında Baş katib Sultan Raev və rektor Əhmət Kızılay tərəfindən əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edək ki, 1907-ci il martın 25-də Azərbaycanın Qala kəndində anadan olan Almas İldırım 1952-ci ildə Türkiyənin Qala kəndində gözlərini əbədi yumub. Həyatı böyük acılarla keçən şair cəmi 45 yaş ömür sürüb. Almas İldırım ömrünün sonuna qədər yaradıcılığında Azərbaycanın azadlığını, türk xalqlarının istiqlalını, türk dünyasının birliyini tərənnüm edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR