Kərki kəndinin işğalından 33 il keçir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Kərki kəndinin Ermənistan tərəfindən işğalının 33-cü ilidir. Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidinə daxil olan kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. 1990-cı ilin yanvarın 18-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Agsaqqallar.com xəbər verir ki, Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.

1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

Kənd Arpaçayın sahilində, düzənlik ərazidə yerləşir. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

Kəndin azərbaycanlı əhalisi 986 nəfərdir (2019-cu il). İşğaldan sonra bura ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər.

44 günlük Vətən müharibəsində Ermənistan məğlub olduqdan sonra imzalanan 10 noyabr üçtərəfli bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksinin tapıb. 44 günlük müharibədən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ sənədin bu tələbinə də əməl etməyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR