Azərbaycan yeni konvensiyaya qoşulub
Azərbaycan GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında konvensiyanı təsdiqləyib.
Agsaqqallar.com xəbər verir ki, bununla bağlı müvafiq qanunu Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.
Sənədə əsasən “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiya təsdiq edilib.