Azərbaycan Prezidenti: Xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi.

Agsaqqallar.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.
“Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər. Mən əldə edilmiş bütün uğurlar münasibətilə idmançıları, onların məşqçilərini, idman ictimaiyyətini bir daha təbrik etmək istəyirəm. Adətən idman yekunları ilə bağlı görüşlərimiz ilin sonunda baş verirdi, lakin keçən ilin sonunda bir çox tədbirlər olduğu üçün belə imkan olmadı. Ancaq hesab etdim ki, biz bu ənənəni bərpa etməliyik. COVID dövründə belə imkan olmamışdır. Ancaq ənənələr Azərbaycan xalqının dünyagörüşünün ayrılmaz bir tərkib hissəsidir. Ona görə biz bu ənənəni bərpa etmişik. Yeni uğurlar, yeni qələbələr, Azərbaycan dövləti hər zaman sizin yanınızda olacaq. Sizin uğurlarınıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirilir və qiymətləndiriləcəkdir”, – dövlət başçısı qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR