Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rol oynayır
Bu gün Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri, milli məclisin deputatı Fəttah Heydərovun “İstiqlal” Ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Dövlətimizin başçısı elə bu gün də Ordeni Fəttah Heydərova təqdim edib. Olduqca sevindirici hadisədir və dövlət başçısı tərəfindən göstərilən böyük diqqətdir. Hörmətli Fəttah müəllim dövlətinə və xalqına bütün varlığı ilə bağlıdır. Ulu öndərimizin irsinə, Prezident İlham Əliyevin böyük qələbələrə hədəflənmiş siyasi xəttinə sədaqəti ilə seçilən Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rol oynayır. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi, təkcə yaşlı nəslin nümayəndələri ilə deyil, gənclərlə də yaxından işləyir, onların potensialından istifadə olunmasının tərəfdarı kmi çıxış edərək ümumən Azərbaycan gəncliyinin dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsinə çalışır. Fəttah müəllim dərin dünya görüşünə malik böyük ziyalıdır. Biz gənclər onun öyüd-nəsihətlərinə həmişə ehtiyac duymuşuq. Əziz və dəyərli Fəttah müəllim! “İstiqlal” Ordeni ilə təltif olunmağınız münasibətilə sizi ürəkdən təbrik edir, şəxsinizə can sağlığı, gərgin işinizdə uğurlar arzulayıram! Siz Azərbaycan xalqının dəyərli kişilərindənsiz!
Ramin Əhmədov