" />

TAİB-in İdarə Heyətinin üzvü, Şimali Makedoniyanın sabiq (eski) naziri Elvin Hasan ailəsilə birlikdə Çanaqqala şəhidlərini ziyarət edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, Şimali Makedoniyanın sabiq (eski) naziri Elvin Hasan ailəsilə birlikdə Çanaqqala şəhidlərini ziyarət edib

“Çanaqqala dastanı və mücadiləsi həmişə bizləri heyran buraxmağa davam edir. İnsanlıq tarixinin ən böyük döyüşlərindən biri olan Çanaqqala savaşı və böyük itkilər bizləri tarixdən dərs aımağa sövq edir”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Şimali Makedoniyanın sabiq (eski) naziri Elvin Hasan deyib.

O, səfər təəssüratlarını danışarkən bildirib ki, Türkiyənin böyük əsgəri, böyük dühası Mustafa Kamal Atatürkün savaşda göstərdiyi üstün başarı bütün dünyanın heyrətinə səbəb olaraq, Türkiyə Cümhuriyyətinin təməllərini atmış oldu.

“Buranı ziyarət etmək insanda tamam başqa hisslər oyadır, fəxarət hissi köksümüzü qabardır. Türk olmağımızla fəxr edirik! Bütün şəhidlərimizi sayğı və rəhmətlə anırıq!” – deyə Elvin Hasan vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR